YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran ilə Azərbaycanın mədəni əlaqələri yüksək səviyyədədir

İranın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlığı nəticəsində fars dilindən Azərbaycan dilinə 8 kitab tərcümə ediləcək.

Bu haqda məlumat verən İranın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi bildirib ki, hazırda İran ilə Azərbaycanın mədəni əlaqələri yüksək səviyyədədir. Hər iki ölkənin xalqları din, məzhəb, sivilizasiya və mədəniyyət ortaqlığına malikdir.

İ.İbrahimi qeyd edib ki, xalqların mədəniyyətlərinin oxşarlığı əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial yaradır. Bundan istifadə edib Azərbaycan və İran xalqlarının yaxınlaşmasını təmin etmək lazımdır.