YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış” adlı toplantı keçiriləcək

Oktyabrın 8-9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bolqarıstan Prezidenti Rosen Plevneliyevin himayəsi ilə “Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış” mövzusunda 6-cı ali səviyyəli toplantı keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, tədbir Komitənin və Bolqarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Sofiyada reallaşacaq.

UNESCO-nun baş direktoru İrina Bokova bildirib ki, çox sayda ölkə və hökumət başçısının, nüfuzlu beynəlxalq simaların və təşkilatların, ictimai sektorun təmsilçilərinin qatılacağı bu önəmli toplantı dünya üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda dünyanı narahat edən qlobal problemlərin həlli üçün vahid yanaşmanın müzakirə olunmasına, dayanıqlı sülh mədəniyyətinin yaradılmasına ehtiyac var. Bunu təkcə Avropada deyil, bütün dünyada açıq dialoq və qarşılıqlı hörmətlə əldə etmək olar.

Ərəb Liqasının sabiq baş katibi Amr Mussa isə deyib ki, bu toplantı Avropada baş verən son hadisələr fonunda qitədəki siyasi əməkdaşlığın yaşadığı böhranı müzakirə etmək üçün önəmli şansdır.

IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan bu toplantının işində Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Bosniya və Herseqovina Prezidenti Mladen İvanic, Polşa Prezidenti Bronoslav Komorovski, o cümlədən Andorra, Albaniya, Belçika, Bolqarıstan, Boliviya, Bosniya və Herseqovina, Estoniya, Misir Ərəb Respublikası, Kanada, Xorvatiya, Ukrayna, Latviya, Finlandiya, Kolumbiya, Serbiya, Slovakiya, Sloveniya, Avstriya, Rumıniyanın sabiq prezident və baş nazirlərinin iştirakı nəzərdə tutulub.

Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis olunmasının 3 illiyi də qeyd olunacaq.