YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firudin Qurbanov: Ölkəmizdə elm və təhsilin inkişafı daim diqqət mərkəzindədir

«Ölkəmizdə elm və təhsilin inkişafı daim diqqət mərkəzindədir». Bu fikri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov bildirib ki, son dövrlərdə bu sahələrdə böyük islahatların aparılır. Onun sözlərinə görə, elm və təhsil sahələrinin inkişafı ilə bağlı  bir sıra mühüm dövlət sənədləri qəbul edilib.

«Hazırda bu sənədlərin icrası ciddi nəticələr verməkdədir. Eyni zamanda, ölkəmizdə informasiya texnologiyalarına əsaslanan müasir təhsil sistemi qurulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlara, qəbul edilən dövlət proqramlarına uyğun olaraq təhsil infrastrukturu daim təkmilləşdirilir, təhsil müəssisələrində ən mütərəqqi tədris metodlarından istifadə olunur. Elektron dərsliklərin hazırlanması, ümumtəhsil məktəblərinin kompüterləşməsi, rəqəmsal tədris infrastrukturunun formalaşdırılması gənc nəslin hərtərəfli böyüməsinə imkan verir»- deyə, nazir müavini vurğulayıb.