YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və Əl-Cəzirə televiziyasının İran məsələləri üzrə müşaviri Fatima Alsmadi ilə görüşüb.

Komitənin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Mübariz Qurbanlı Azərbaycandakı dini durum və dövlət-din münasibətlərindən danışıb. Komitə sədri qeyd edib ki, ölkəmizdə bu münasibətlər Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər.

Daha sonra Dövlət Komitəsinin sədri Fatima Alsmadinin dini icmaların ölkəmizdəki fəaliyyəti, eləcə də İslam dünyasında baş verən proseslər barədə suallarını cavablandırıb.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Əl-Cəzirə televiziyasının müşaviri ölkəmizə gəlməzdən öncə müxtəlif mənbələrdən məlumat əldə etdiyini, lakin respublikamızda olduğu müddətdə topladığı məlumatların real vəziyyəti tam əks etdirdiyini diqqətə çatdırıb. Fatima Alsmadi Azərbaycanın tam sivil, demokratik, dünyəvi, multikultural, tolerant ölkə olduğunu vurğulayıb.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Əl-Cəzirə televiziyasının müşaviri səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

 

DİGƏR Xəbərlər Arxiv