YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Azərbaycan bir qarış torpağının belə işğal altında qalması ilə barışmayacaq

«Ermənistan sülh prosesini nə qədər pozmağa çalışsa da, Azərbaycan  bir qarış torpağının belə işğal altında qalması ilə barışmayacaq». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, işğalçı dövlət gec-tez layiq olduğu cavabı alacaq. Onun sözlərinə görə, Ermənistanın atdığı addımlar  onun avantürasını nümayiş etdirir.

«Azərbaycan Respublikası beynəlxalq təşkilatlara, o cümlədən, BMT və ATƏT-ə  1991-ci il sərhədlərində, Dağlıq Qarabağ regionu da olmaqla üzv qəbul edilib. Azərbaycanın sərhədləri və ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınıb. Ona görə də, ölkəmizin ərazi bütövlüyü hər hansı müzakirə mövzusu deyil»- deyə, M.Qasımlı vurğulayıb.