YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub

“Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri, əldə edilən razılaşmalar, atılacaq birgə addımlarla bağlı imzalanan sənədlər mühüm önəm kəsb edir. Bu iki ölkə arasında mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Sözsüz ki, bu günə qədər Azərbaycan-Belarusiya əlaqələri özünün xarakterinə və inkişaf dinamikasina görə fərqlənib. Prezident İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında da bu amillər bir daha vurğulandı.” Bunu YAP Təftiş Komisisyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Belarus Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 11 iyun 1993-cü il tarixində qurulub: “İkitərəfli əlaqələr əsasən Prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoyub. İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Məhz ikitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək, kimi sahələri vurğulamaq lazımdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”.

Millət vəkili vurğulayıb ki, Belarus Prezidentinin ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir: “Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın iclası və digər məsələlərlə yanaşı münasibətlərin inkişafına müsbət təsir edəcək addımlar atılacaq. Həmçinin iki ölkə arasında qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək. Əlaqələrin dinamikasına uyğun olaraq qarşıda duran vəzifələr də kifayət qədər konkret xarakterə malikdir. Sənaye kooperasiyası, Azərbaycanla Belarusayanın birgə istehsalla bağlı mövcud potensialı daha da artırmaqla bağlı da planları mövcuddur. Maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyatda əlaqələrin inkişafı ilə bağlı konkret hədəflər var. Bütün bu əlaqələr isə ölkələr arasında iqtisadiyyatların inkişafı üçün praktiki əhəmiyyət daşıyır. Təbii ki, qarşıdakı dövrdə əməkdaşlığın yeni istiqamətləri də meydana çıxacaq. Bu xüsusda Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında və yenidən qurulmasında fəal iştirakı olduqca önəmli bir addım olacaq”. Deputat bildirib ki, Prezident İlham Əliyev birgə mətbuat konfransında işğaldan azad olunmuş bütün ərazilərimizdə bərpa-quruculuq işlərindən bəhs edib. Vurğulanıb ki, işğal illərində hər şey dağıdılıb: “İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”.

Ölkəmizin başçısı vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla münaqişəni həll etdi”.

Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycanla Belarus rəhbərləri arasında etimada əsaslanan münasibətlər mövcuddur: “Bu münasibətlər ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Belarusiya Prezidentinin ölkəmizə rəsmi səfərində imzalanamış vacib sənədlər isə münasibətlərin yeni müstəviyə yüksəlməsində vacib rola malik olacaq. Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko da mətbuata verdiyi bəyanatında Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. “Hər şeydən əvvəl Azərbaycan özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq”.

Vurğulanıb ki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Prezident İlham Əliyevin timsalında Azərbaycanın güclü, normal lider ölkəyə çevrildiyi bildirilib. Sözsüz ki, Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərə gedişi tarixi hadisə idi. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, daha sonra hər iki liderin digər azad edilmiş torpaqlara ziyarəti, tarixi Şuşa şəhərində bir sıra tədbirlər və açılışlara qatılması xalqımızın yaddaşında əbədi həkk olunacaq”.