YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rostov-Don şəhərində İKT-nin tətbiqi üzrə IX Beynəlxalq konfrans keçiriləcək

Bu il oktyabrın 14-dən 16-dək Rusiyanın Rostov-Don şəhərində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə IX Beynəlxalq konfrans (AICT2015) keçiriləcək.

Builki tədbir Rostov-Don şəhərindəki Cənub Federal Universitetinin 100 illiyinə həsr olunub. "AICT2015" Cənub Federal Universitetinin təşkilatçılığı, Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçiriləcək.

Bakı, Astana, Daşkənd və Tbilisidə keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də "AICT2015" informasiya və kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alim, müəllim və tələbələri, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün xüsusi platformaya çevriləcək.​

"AICT2015" Beynəlxalq konfransı 80-dək mövzunu əhatə edəcək. Tədbir "Böyük verilənlərin idarəsi və tətbiqi (Big Data)", "Verilənlərin əldə olunması (Data Mining) və informasiya mühəndisliyi", "Kibertəhlükəsizlik problemləri", "İKT-nin tətbiqində ən son tendensiyalar", "Kommunikasiyalar, şəbəkələr və avadanlıq", "İKT biznes, idarəetmə və iqtisadiyyatda", "İKT dövlət xidmətlərində", "İKT təhsil, humanitar və sosial tədqiqatlarda", "İKT tibb və səhiyyədə" bölmələri üzrə aparılacaq.