YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı dövlət xidmətlərinin göstərilməsi üzrə ən rahat şəhərlərdən biridir

Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri müştərini başa düşməyin və onun tələblərinin ödənilməsinin yüksək səviyyədə olduğunu nümayiş etdirir, dünyanın ən yaxşı təcrübələrinə tam uyğundur, bəzi göstəricilərə görə isə hətta onlardan üstündür.

«PricewaterhouseCoopers» (PwC) şirkətlər şəbəkəsinin Rusiyadakı ekspertləri “Dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi mərkəzlərinin müqayisəli təhlili” adlı yeni tədqiqatda bu qənaətə gəliblər. Tədqiqatın nəticələrinə görə, Bakı bu sahədə lider olan üç şəhər sırasına daxildir.

Dövlət sektorunda əhaliyə xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönələn islahatların aparılması son on ildə bütün dünya ölkələrinin inkişaf gündəliyinin əsas bəndidir. Əhalinin dövlət idarəçiliyi proseslərinə cəlb olunması artdığı kimi, vətəndaşların xidmətlərin keyfiyyətinə tələbləri də artır. Müxtəlif ölkələrin hökumətləri yeni meyillərə reaksiya verərək, müştərilərin ehtiyaclarını təmin edən dövlət və bələdiyyə xidmətlərinin rahat modellərini inkişafına çalışırlar.

Bu tədqiqat dünyanın müxtəlif şəhərlərindəki xidmət mərkəzlərinin vətəndaşların ehtiyac və tələblərinə yönəlmə prinsiplərinə praktikada nə dərəcədə əməl etdiklərini qiymətləndirmək məqsədi daşıyır.

Tədqiqat çərçivəsində dünyanın 18 şəhərində xidmət mərkəzlərinin fəaliyyəti təhlil edilib. Müqayisəli təhlil “Xidmətlərin əlçatan olması”, “Rahatlıq”, “Növbələrin idarə olunması”, “Vətəndaşlarla əks əlaqə” kimi dörd əsas kateqoriyaya ayrılan 22 göstərici üzrə aparılıb. Bu göstəricilər vətəndaşların (mərkəzlərin xidmətlərindən istifadə edənlərin) xidmətlərin sadəliyinə, aydınlığına və rahatlığına olan tələbləri əsasında tərtib olunub. Bakı, Moskva və San-Paulu şəhərlərindəki xidmət mərkəzilərinin fəaliyyətinə bu göstəricilər üzrə ən yüksək qiymət verilib.

PwC konsaltinq və audit sahəsində peşəkar xidmətlər təklif edən beynəlxalq şirkətlər şəbəkəsidir. Bu şirkətlərdən hər biri müstəqil hüquqi şəxsdir. Artıq 160 ildən çox fəaliyyət göstərən bu şirkət dörd ən böyük audit şirkətindən biri sayılır. Onun iqamətgahı Londonda yerləşir.