YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Məmmədhəsənov: Təhsil sahəsi dövlətimizin diqqət mərkəzindədir

«Bu gün qloballaşan dünyada təhsil və elm kimi sahələrin əhəmiyyəti daha çox önə çıxır». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rafiq Məmmədhəsənov deyib.

R.Məmmədhəsənov bildirib ki, ölkəmizdə bu sahədə xeyli işlər görülür,islahatlar aparılır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” rəhbər-prinsipi bir məqsəd kimi qarşımızda durur.

«Bir sözlə, təhsil sahəsi dövlətimizin diqqət mərkəzindədir. Son illər bu sahənin inkişafı ilə bağlı vacib sənədlər qəbul edilir. Bu baxımdan,   “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” böyük əhəmiyyət kəsb edir. Bütün bunlar təhsil sahəsinin yüksək inkişafına gətirib çıxaracaq»- deyə, deputat qeyd edib.