YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir

«Ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan mədəniyyətinin dünyada təbliği isti qamətində də mühüm işlər görülür.

«Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinə dövlət tərəfindən diqqət və qayğı davam edir. Mütəmadi olaraq Prezident İlham Əliyevin sərəncamları ilə bir qrup mədəniyyət işçisinin təltif olunması buna sübutdur. Bütün bunlar bir daha Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir»- deyə, komitə üzvü vurğulayıb.