YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda İKT gəlirləri artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda əhali və təşkilatlara 937,2 milyon manat həcmində informasiya və rabitə xidmətləri göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, ümumi informasiya və rabitə xidmətlərindən əhaliyə göstərilmiş xidmətlər 72,6 faiz təşkil edib. Bununla yanaşı, əldə edilən gəlirlərin 53,9 faizi mobil rabitə xidmətinin payına düşüb.

Azərbaycanda cari ilin yanvar-iyul aylarında mobil rabitə xidmətlərindən əldə olunan ümumi gəlirin həcmi 505,2 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,6 faiz azdır.

 

DİGƏR Xəbərlər Arxiv