YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı başlayır

Avqustun 22-dən-26-dək Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və “ALMUS Production” şirkətinin təşkilatçılığı ilə reallaşacaq festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ifaçılar iştirak edəcəklər. Festivalda ölkəmizi “Natiq ritm” qrupu təmsil edəcək.

Festivalın təşkilat komitəsinin üzvü, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova AZƏRTAC-a bildirib ki, festival avqustun 22-də axşam saatlarında şəhərin mərkəzi meydanında nağaraçalanların yürüşü ilə başlayacaq. Yüzədək nağara ifaçısı M.F.Axundzadə prospekti ilə şəhərin yuxarı hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Qala divarlarına doğru hərəkət edəcək. Yol boyu əllərində iştirakçı ölkələrin bayraqlarını tutmuş gənclər də onlara qoşulacaqlar. Nağaraçalanların yürüşü Qoruğun ərazisindəki Yay teatrının səhnəsində başa çatacaq.

Daha sonra Yay teatrında festivalın təntənəli açılış mərasimi keçiriləcək. Rəsmi hissədən sonra festivalda iştirak edən kollektivlər qısa konsert proqramları ilə çıxış edəcəklər.

Festivalın növbəti günlərində Özbəkistan, İran, Türkiyə və Azərbaycanın ritm qruplarının konsertləri olacaq. Festival çərçivəsində “Yuxarı Karvansaray” mehmanxana kompleksində ustad dərsləri də təşkil olunacaq.