YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Demokratik prinsiplərə söykənən şərait

Mansur Quliyev   

YAP Ağdam rayon təşkilatının sədri

İlk öncə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ölkəmizdə mövcut olan sosial-siyasi sabitliyin qorunmasının, iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.

Azərbaycanda sağlam, Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasi dialoq mövcuddur.

Azərbaycanın beynəlxalq təşkilatların fəal üzvü olması ölkəmizi nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirmişdir. Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir.

Bu gün ölkəmizdə müxalifət patiyalarının və azad medianın fəaliyyəti üçün demokratik prinsiplərə söykənən şərait yaradılmışdır. Bu baxımdan parlamentdə, mətbuat səhifələrində, televizyada, ayrı-ayrı tədbirlərdə bu dialoq baş verir. Hər bir tərəf mövqeyini ortaya qoyur və ortaq nöqtələr tapmağa çalışırlar.

Prezident İlham Əliyev 26 aprel tarixində Almaniyada mətbuat konfransında çıxışı zamanı ölkəmizdə mövcut olan söz, mətbuat azadlığından və müstəqil medianın Beynəlxalq hüquq normalarına uyğun fəaliyyətindən ətraflı şəkildə bəhs edərək bildirdi ki, “Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Fərdi məsələlərə, hadisələrə gəldikdə isə, təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, demək istərdim ki, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də.”

Qeyd edək ki, iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin, eləcə də bu sahələr üzrə əməkdaşlığın vacibliyi, güclənməsi və daha da genişləndirilməsi və perspektivləri bundan sonrada inkişaf edən xətt üzrə davam etdiriləcək. 

Bu günün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn qayda və prinsiplərinə sadiqdir. Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.