YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh və sabitlik

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Azərbaycan və Belarus xalqları arasında geniş dostluq və qardaşlıq münasibətləri mövcuddur. Azərbaycan ilə Belarus təkcə dost deyil, eyni zamanda, mühüm strateji tərəfdaşdırlar. Belə isti münasibətlərin formalaşması və inkişafı Prezident İlham Əliyevlə, Prezident Aleksandr Lukaşenko arasındakı səmimi dostluq münasibətlərinə, yüksək səviyyəli dialoqa və qarşılıqlı anlaşmaya əsaslanır.

Mayın 16-da Prezident Lukaşenkonun Azərbaycan səfəri çərçivəsində keçirilən görüşlərdə ölkəmizin başçısı qeyd edib ki, hər iki ölkə arasındakı qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək dəyərləndiririk. Aleksandr Lukaşenko isə bildirib ki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var: “Bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Razılığa gəlmişik ki, bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq”.

Belarus Prezidenti səfər çərçivəsində işğaldan azad olunmuş rayonlarda, xüsusilə Şuşa və Füzuli şəhərlərində Azərbaycanın həyata keçirdiyi quruculuq prosesinə şahidlik etdi. O, burada həyata keçirilən tikiniti- quruculuq işlərində səmimi olaraq öz yardımlarını təklif etməklə iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində görüləcək işlərinin genişlənəcəyinə zəmanət vermiş oldu. Bəli, bu gün Azərbaycan bütün ölkələrlə eyni hüquqla və eyni qarşılıqlı hörmətlə münasibət qurur. Çünki həmrəylik, sülh və sabitlik Azərbaycan xalqının və dövlətinin xarakterindədir. Bu mənada, Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfərinin böyük əhəmiyyəti var. Belə ki, Azərbaycan-Belarus münasibətləri bu səfərlə yeni mərhələyə qədəm qoymuş oldu. Bir sözlə, səfər çərçivəsində aparılan geniş danışıqlar, qəbul edilən qərarlar, imzalanan sənədlər, atılan addımlar ölkələrimiz arasında qurulan geniş əlaqələrin çox möhkəm və davamlı olacağına əsas verir. Qeyd edək ki, ölkəmizin başçısının Belarus Prezidenti Aleksand Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat hər iki dost ölkənin münasibətlərinin tarixində vacib bir bir hadisədir. Bəyanatda cənab İlham Əliyev iki ölkə arasında bütün sahələr üzrə görülən və görüləcək işlər barədə ətraflı məlumat verdi. Vurğuladı ki, Azərbaycan-Belarus əlaqələrinin hətrərəfli şəkildə inkişaf etdirilməsi hər iki ölkənin diqqət mərkəzindədir. Səfər çərçivəsində Prezidentlər həmçinin MDB məkanında təhlükəsizliklə bağlı məsələlərindən də danışıblar.

Prezident İlham Əliyev Aleksandr Lukaşenko ilə son 20 ildə fəal işlədiklərini bildirirək deyib ki, biz bu illər ərzində xeyirxahlığa, ləyaqətə, dürüstlüyə və sadiqliyi qoruyub saxlamağa çalışmışıq və nail olmuşuq. Ölkəmizin başçısı çıxışında xüsusi vurğuladı ki, Prezident Aleksandr Lukaşenkonun ölkəmizə səfərini dostluq və hörmət əlaməti kim qəbul edib. Ən önəmli məqam isə Belarus Prezidentinin ölkəmiz, Prezident İlham Əliyev və Ulu Öndərimiz haqqında söylədikləridir. O, deyib ki, dost Azərbaycan bu gün dünyada söz sahibi olan dövlətdir. Təbii ki, bu müsbət tendensiya dünya siyasət arenasında Prezident İlham Əliyevin müdrüklüyü, böyük zəka sahibi olması sayəsində mümkün olub. Belarusun dövlət rəhbəri həmçinin vurğulayıb ki, təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyil, həm də Ulu Öndər Heydər Əliyevlə də yaxşı münasibətləri olub: “Uzun müddət olmasa da, onunla çox səmimi çalışırdıq. İlham Heydər oğluna deyirəm ki, təbiət nadir halda övlada atanın istedadını bəxş edir.” Təbii ki, cənab Lukaşenkonun ölkəmizin başçısı haqqında söylədiyi bu dəyərli fikirlər biz azərbaycanlılar üçün də qürurvericidir.