YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və tərəfdaşlıq münasibətləri

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri           

Müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, iqtisadi, strateji, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Bu baxımdan, müasir beynəlxalq münasibətlərin müstəqil aktoru olan Azərbaycanın qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Belarus Respublikasıdır. Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycan və Belarusun dövlət başçıları tərəfindən uğurla davam etdirilir. Ölkələrimiz arasında siyasi dialoq mövcuddur. Təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq edən Azərbaycan və Belarus siyasi və beynəlxalq arenada bir-birini dəstəkləyirlər.

Keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olanda da Azərbaycan başqa respublikalarla yanaşı, o cümlədən Belarus ilə də iqtisadi və mədəni əlaqələr yaratmışdır. Hazırda ölkələr arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri münasibətlərin daha da inkişafına böyük təkan verəcək. Təsadüfi deyil ki, Belarus Prezidenti dövlətimizin başçısına mehriban dostluq münasibətlərinə görə təşəkkür edib, iqtisadi və siyasi əlaqələrimizin hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyinin vacibliyindən danışıb. Həmçinin bu münasibətlər digər ölkələr üçün pozitiv mənada bir örnəkdir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və  Belarus Prezidenti Aleksandr Lukaşenko qarşılıqlı əlaqələrin mövcud durumu və perspektivi barədə geniş müzakirə aparıblar. Ümumiyyətlə, Azərbaycan-Belarus münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə əməkdaşlığın, sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Belarus da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Xüsusilə Azərbaycan dövləti ilə güclü sənaye inkişafına malik olan Belarus dövləti  arasında  maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr,  qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə tətbiq etdiyi vergi azadolmaları və güzəştləri həmin ərazilərdə biznes mühitinin güclənməsinə və inkişafına, xarici investisiyaların cəlbinə güclü təşviqlər yaradıb və bölgədə dost ölkələrin şirkətləri də çalışır. Bu baxımdan Belarus da azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasına, iqtisadi dirçəlişə töhfələr vermək niyyətindədir.

Təbii ki, əldə edilən nailiyyətlərin əsasında ancaq və ancaq düşünülmüş məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan bu gün sivil, müasir demokratik prinsiplərə əsaslanan və ən qüdrətli dövlətlərdən birinə çevrilmiş, ölkəmizdə siyasi sabitlik ən yüksək səviyyədə təmin olunmuş, eyni zamanda xarici dövlətlərlə olan dostluq və tərəfdaşlıq münasibətlərimiz daha da möhkəmlənmişdir.