YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda telekommunikasiya trafikinin idarə edilməsi dövlətin nəzarətində olacaq

 

Beynəlxalq rabitə trafikinin tənzimlənməsi və idarə edilməsi dövlətin nəzarətində olacaq.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sözlərinə görə, dövlət telekommunikasiya strukturlarının səs trafiki üzrə inhisarçılığı kənardan birmənalı qarşılanmaya bilər: "Buna baxmayraq, bu, qəbul edilmiş qərar və günün reallığıdır".

Nazir qeyd edib ki, bu, "Aztelekom" və "Bakı Telefon Rabitəsi" kimi dövlət operatorlarını inhisarçılıq məsələlərində narahat etməməlidir: "Bu, əlbəttə ki, belə deyil. Trafikin idarə edilməsi məsələsi üzrə qəbul etdiyimiz qərar müvəqqəti xarakter daşıyır və bu məsələ vaxt ötdükcə liberallaşdırılacaq, yəni hər şey bazar iqtisadiyyatının qanunlarına qayıdacaq. Bu gün isə bunu haqlı olaraq qəbul etmək lazımdır".

Onun sözlərinə görə, məsələ növbəti kollegiya iclasınadək (iyulun əvvəli) həll olunmalıdır: "Biz bu məsələni danışıqlar yolu ilə həll etmək istəyirik. Əks halda, biz mövcud qanunvericilik çərçivəsində məhkəmə-huquq tənzimlənməsinə əl atmağa hazır olacağıq. Bu barədə bildiriş Azərbaycanın bütün telekommunikasiya operatorlarına göndərilləcək".