YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi onun neftdən asılılığını minimuma endirəcək

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Azərbaycan iqtisadiyyatında neft amili ilə bağlı fikirlərə münasibətində qeyd etmişdir ki, son 10 ildən bir qədər artıq vaxt ərzində Azərbaycanın inqilabi sıçrayışla əldə etdiyi iqtisadi nailiyyətlərdən beynəlxalq maliyyə qurumlarının hesabatlarında açıq və aydın şəkildə bəhs olunur: “Xarici təşkilatların hesabatlarına istinad etməyi sevənlər buyurub həmin sənədlərə nəzər sala bilərlər. Əslində bu adamlar Azərbaycanın haradan hara gəldiyini hamıdan yaxşı görürlər. Yəqin Heydər Əliyev hakimiyyətinə qəpiyə möhtac bir büdcə qoyub getdiklərini də unutmayıblar. Sadəcə bir missiyaları var ki, onu yerinə yetirmək xatirinə istənilən yalanın altından imza atmağa hazırdırlar. Bu missiya hər şeyi qara rəngdə təqdim etmək, görülən işlərə kölgə salmaq, insanlara həqiqətə uyğun olmayan informasiyalar ötürmək və ölkəni guya “fəlakətlər gözlədiyi”nə dair təsəvvürlər yaratmaqdan ibarətdir. Belə bir missiyaya “könül verən”lər öz çirkin niyyətlərini nə yolla olursa-olsun reallaşdırmağa çalışırlar. Lakin anlamırlar ki, tutduqları yol əslində onların özlərini bataqlığın girdabına aparır. “Neftin qiymətləri düşür və bu səbəbdən Azərbaycan iqtisadiyyatı çökəcək, onun maliyyə-bank sistemi tam iflasa uğrayacaq” kimi heç bir məntiqə və ağıla sığmayan çağırışlar da göstərir ki, bu adamlar adi riyazi hesablamaları belə düzgün apara bilmirlər. Ortada konkret rəqəmlər var və onları təkzib etmək, gizlətmək mümkün deyil”.

DİGƏR Xəbərlər Arxiv