YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan çaylarında son beş ilin ən aşağı su sərfi qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən yay dövründə çaylardan keçən daşqın və sel izlərinə görə maksimal su sərflərini təyin etmək məqsədilə ölçmə işləri aparılıb.

2015-ci ilin yay dövründə Gəncə-Qazax bölgəsinin Kürəkçay, Gəncəçay, Zəyəmçay, Qoşqarçay, Şəmkirçay, Əsrikçay, Şəki-Zaqatala bölgəsinin Balakənçay, Katexçay,Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Əyriçay və Quba-Qusar bölgəsinin Qudyalçay, Qaraçay, Vəlvələçay, Qusarçay, Çaqacuqçay, Quruçay çaylarında aparılmış çöl-tədqiqat işlərinin nəticəsində sözügedən çaylardakı maksimal su sərflərinin son beş ilin göstəricilərinə nisbətdə ən aşağı olduğu məlum olub.