YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Enagas”: Biz Azərbaycanı Avropa ilə birləşdirən çox mühüm qaz boru kəmərinə investisiya yatırırıq

Biz Azərbaycanı Avropa ilə birləşdirən çox mühüm layihəyə - “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə investisiya yatırırıq. TAP boru kəməri Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.

Bu sözləri “European CEO” saytına müsahibəsində İspaniyanın “Enagas” şirkətinin idarə heyətinin sədri Marcelino Oreja deyib.

Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

“Enagas” TAP layihəsində 16 faizlik səhmə sahibdir. TAP-dakı digər səhmdarları isə belədir: bp (20 faiz), SOCAR (20 faiz), “Statoil” (20 faiz), “Fluksiz” (19 faiz) və “Axpo” (5 faiz).