YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YARAT” Müasir incəsənət Məkanının təşkilatçılığı ilə görkəmli fotoqraf Devid Montqomeri ilə görüş keçiriləcəkdir

Mayın 29-da Beynəlxalq Muğam Mərkəzində “YARAT” Müasir incəsənət Məkanının təşkilatçılığı ilə fotoları ötən əsrin 60-cı illərinin ən parlaq təsvirinə çevrilən əfsanəvi fotoqraf Devid Montqomeri ilə görüş keçiriləcəkdir. 

Devid Montqomeri Bill Klinton, Mik Caqqer, Cimmi Hendriks, Marqaret Tetçer, Piter o'Tula, Endi Uorholl, ingilis kral ailəsinin üzvlərinin fotolarını çəkmişdir.
Devid Montqomeri (1937) çəkdiyi məşhurların və zadəganların fotoportretləri ilə i tanınır. O, Nyu-Yorkun Culliard məktəbində musiqi təhsil aldıqdan sonra bir müddət fotoqraf Lester Bukbinderin köməkçisi işləmişdir. Ötən əsrin 60-cı illərinin əvvəllərində Lester Bukbinder ilə birgə Böyük Britaniyaya çəkilişə yola düşən Devid Montqomeri həmişəlik orada qalmaq qərarına gəlmişdir.

Onun işləri müntəzəm olaraq “Vogue”, “The Sunday Times” və “Rolling Stone” jurnallarında dərc edilir.

2000-ci il ərəfəsində poçt xidməti Devid Montqomeriyə yeni minilliyin başlanması münasibətilə xüsusi buraxılacaq poçt markalarının fotosunu çəkməyi sifariş vermişdir. Minilliyin astanasında çəkilən bu fotodizayn bədii tətbiqetmə sahəsində Böyük Britaniyanın gümüş mükafatına layiq görülmüşdür.
Görkəmli fotoqrafın işləri 60-cı illərin pop mədəniyyətinin ən parlaq obrazlarını əks etdirərək janrın klassikasına çevrilmişdir. 2011-ci ildə Londonun “Proud Chelsea” qalereyasında Devid Montqomerinin “The Rolling Stones in Decca Years: The Rolling Stones 1962-1971” adlı musiqi antologiyası üçün çəkdiyi fotolardan ibarət sərgi keçirilmişdir.

Görkəmli fotoqraf ilə görüş “YARAT”ın ən məşhur rəssamlar, kurator və incəsənət tənqidçilərinin iştirakı ilə təşkil etdiyi ustad dərsləri, mühazirə və seminarlardan ibarət təhsil proqramı çərçivəsində baş tutacaqdır. Bu ustad dərsləri və seminarlar “YARAT”ın təhsil proqramı çərçivəsində pulsuz təşkil edilir.
2012-2014-cü illərdə Moskva Müasir İncəsənət Mərkəzinin əməkdaşları Vitali Patsyukov və Aleksandra Obuxova, Tbilisi Müasir İncəsənət Mərkəzinin yaradıcısı Vato Tsereteli, Central St. Martins Universitetinin dekanı Mark Danhil və London Kral Kollecinin heykəltəraşlıq fakültəsinin rəhbəri Bakıda ustad dərsləri keçmişlər.

Bu ilin sonunadək kurator Sara Rza, rəssam Mahmud Baxşı, fotoqraflar Mervin Artur və Rozella Emmanuel, həmçinin animasiya və video-art sahəsində ixtisaslaşmış, London İncəsənət Universitetinin professoru Birqitta Xoseanın ustad dərslərinin keçirilməsi planlaşdırılır.

DİGƏR Xəbərlər Arxiv