YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Azərbaycan Prezidenti: Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik

Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında səsləndirib.

“Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”, - deyə dövlətimizin başçısı vurğulayıb.