YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mark Herevard: Uşaq Hüquqlarının Müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etməklə, Azərbaycan bütün uşaqların qayğısına qalmaqda qərarlı olduğunu sübut etdi

«Azərbaycan müstəqilliyini qazandıqdan bir neçə ay sonra Uşaq Hüquqlarının Müdafiəsi haqqında Konvensiyanı ratifikasiya edib. Bu konvensiyanı ratifikasiya etməklə, Azərbaycan bütün uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda qərarlı olduğunu bütün dünyaya sübut etdi». Bu fikirləri YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard deyib.

M.Herevard bildirib ki, ötən illər ərzində YUNİSEF Milli Məclis ilə sıx əməkdaşlıq edib, yüksək nəticələr əldə olunub və uşaqların vəziyyəti xeyli yaxşılaşıb. Onun sözlərinə görə, Milli Məclis Azərbaycan qanunvericiliyinin beynəlxalq konvensiyalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görüb.

M.Herevard bundan sonra da YUNİSEF-in uşaq hüquqlarının qorunması və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Azərbaycan tərəfi ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv