YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Altı ayda Azərbaycanda ümumi daxili məhsul 26,3 milyard manat təşkil edib

Altı ayda Azərbaycanda ümumi daxili məhsul real ifadədə 5,7 faiz artaraq nominal olaraq 26,3 milyard manat təşkil edib.

Bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunan növbəti nömrəsində məlumat verilir.

Bildirilir ki, ölkədə ümumi daxili məhsulun artımı, əsasən qeyri-neft sektoru hesabına baş verib. Hesabat dövründə neft sektorunda 1,3 faiz, qeyri-neft sektorunda isə 9,2 faizlik artım qeydə alınıb. Ümumi daxili məhsulun 67 faizi qeyri-neft sektorunun payına düşüb və iqtisadiyyatın bu sektoru ümumi artıma 5,2 faiz bəndi artırıcı töhfə verib.

 

DİGƏR Xəbərlər Arxiv