YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözlə əməl birliyi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının VII qurultayından üç il keçir. Dövlət başçısı, YAP Sədri İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışında qarşıya qoyulan vəzifələr ötən bu müddət ərzində uğurla həyata keçirilib və bu gün də icrası davam edir. Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqramın hazırlanması və 2021-ci ilin sonunda təsdiqlənməsi partiyanın çoxşaxəli fəaliyyətinin daha da təkmilləşməsində öz sözünü deyir.

Tarixə qısa nəzər salaq. Yeni Azərbaycan Partiyası yarananda ölkədə ictimai-siyasi vəziyyət hər kəsə məlumdur. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran  baş alıb gedir, xalqın sabaha ümidi yox idi. Digər tərəfdən də torpaqlarımız işğal edilirdi. Azərbaycanın gələcəyini düşünən bir qrup ziyalı Ulu Öndər Heydər Əliyevə xalqın istəyini ifadə edən müraciət ünvanladı. Həmin sənəddə dövrün reallıqları, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən səbəblər, ən əsası xalqı düşdüyü vəziyyətdən xilas edə biləcək Liderin yalnız Ümummilli Liderin olduğu öz əksini tapmışdı. Dahi şəxsiyyət həmin müraciətə cavabı ilə Azərbaycanın bugünkü inkişafının əsasını qoydu. Dövlət başçısı, YAP Sədri İlham Əliyev  partiyanın VII qurultayında bir daha həmin dövrün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi: “O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Faktiki olaraq onun əksidir, ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi.”

Qeyd etdiyimiz kimi, Azərbaycanın vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar nicat yolunu Ulu Öndər Heydər Əliyevin  simasında gördülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanladılar.

Bugünkü güclü, qüdrətli Azərbaycanın uğurları məhz o gündən başlayıb. Təbii ki, bunun səbəbi güclü Lider və xalqın həmin Liderə güvənib partiya ətrafında birləşməsi idi. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyası yaradıldığı gündən əqidəsinə sadiqliyi, sözlə əməl birliyi, monolitliyi ilə  cəmiyyətin avanqard qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi məhz bugünmüzün reallıqlarıdır.  Azərbaycan regionun lideridir, beynəlxalq nüfuzu artır, həyata keçirdiyi layihələrin miqyası genişlənir.  Partiyanın lideri, Ümummilli Lider  Heydər Əliyev müasir, heç kimdən asılı olmayan  müstəqil Azərbaycan qurdu. Ölkəmiin iqtisadi və siyasi müstəqilliyi təmin edildi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı, Prezident İlham Əliyev bütün fəaliyyətini torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinə yönəltdi. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində  tariximizə yazılan  Zəfər səhifəsi Heydər Əliyev siyasətinin təntənəsidir. Son 20 ildən artıq dövrdə davamlı iqtisadi islahatlar həyata keçirilir, ölkəmizdə əlverişli biznes mühiti yaradılır. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasınn uğurlarını yaşayırıq. Bu gün ölkəmiz dünyanın enerji təhlükəsizliyində mühüm rola malikdir, regionun nəqliyyat-tranzit, eləcə də logistik mərkəzi, kosmik klubun üzvü, beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Günümüzün qürurverici hadisələrindən biri məhz Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsi, paytaxt Bakı ilə yanaşı, Şuşanın da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsidir.

Zəfərimiz hər bir sahədə yeniliyi, təkmilləşməni bir zərurətə çevirdi. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi də bu zərurətdən irəli gəlmişdir.  Partiyanın VII qurultayında qəbul edilən yeni qərarlar gələcəyimizin təqdimatı oldu. Yeni tərkib formalaşdı, yeni Nizamnamə qəbul olundu.  Yeni Azərbaycan Partiyasının 2021-ci ilin sonunda təsdiqlənən yeni Proqramı isə   ölkəmizin daha da inkişafını, növbəti qələbələri hədəfləyib. YAP-ın yeni Proqramının əsas devizi olan “Biz birlikdə güclüyük!” çağırışı keçilən yolun və qarşıda dayanan hədəflərin məcmusudur.

DİGƏR Xəbərlər Arxiv