YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın turizm potensiyalı beynəlxalq sərgilərdə nümayiş olunacaq

Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə təmsil olunur.

Nazirlikdən bildirilib ki, bu məqsədlə cari ilin sentyabr ayında qurumun Yaponiya və Fransada keçiriləcək beynəlxalq turizm sərgilərində iştirakı nəzərdə tutulub.

Bu ilin sentyabrın 24-dən 27-dək Tokio şəhərində keçiriləcək "JATA 2015" və sentyabrın 29-dan oktyabrın 2-dək Paris şəhərində təşkil olunacaq "Top Resa 2015" beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcək. Həmçinin sərgilərdə yerli turizm şirkətləri və mehmanxanaların iştirakı da gözlənilir.

Adıçəkilən sərgilərdə respublikamızın turizm imkanlarını əks etdirən xüsusi lövhənin quraşdırılması və sərgiyə gələn ziyarətçi və iştirakçılara müxtəlif növ reklam-çap məhsullarının paylanmaq planlaşdırılır.