YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peşəkar fəaliyyətin meyarı

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yeni ideologiyanın tələbi kimi müx­təlif partiyalar yaranmağa başladı. Onların hamısı dövlətçiliyin par­ti­yası ola bilmədi. Qu­ru­cusu böyük tarixi şəxsiyyət Heydər Əliyev olan Yeni Azər­bay­can Partiyası (YAP) dövlətə və dövlətçiliyə sədaqəti ilə, azərbaycançılığı yaşatma mə­ramı və missiyası ilə, milli-mənəvi dəyərlə­ri­mizin cəfa­ke­şi olduğuna görə cəmiyyətin çox bö­yük əksəriyyətinin ehtiramını qazana bildi. Yeni Azər­baycan Partiyası davamlı islahat­la­rı ilə də vətəndaşların siyasi düşüncələrində öz yerini tapa bildi.  Bu partiya siyasi idarəetmə proseslərinə cəlb olunmuş insanlar arasında işgüzar münasibət­lə­ri dəs­tək­ləyir, fəaliyyətin rasionallıq və adekvatlıq dərəcəsinə müsbət təsir etməkdədir. Bu kimi fikirlər haqqında da partiyanın 2021-ci il mart ayının 5-də keçirilmiş VII qurultayında da ətraflı danışılmışdı. Bun­lar hər bir partiya üzvünün qürurunu ifadə etmişdi.

YAP XXI əsrin partiyasıdır. İntellekt dövrünün partiyası kimi partiya üzvlərinin fərdi inki­şa­fını təşkil edir, fərdlərin məfkurəvi vəhdətinə nail olur ki, bununla da hakim partiya kimi cə­miy­yətin ideoloji baxımdan formalaşmasını təmin edir.  YAP partiyadaxili münasibətlərdə sağ­lam rə­qa­bəti, səmimiyyəti, yoldaşlığı, qarşılıqlı hörməti, demokratik mühiti, şəx­si bacarıq və tə­şəb­büs­kar­lığı nəinki dəstəkləyir, həm də onun bilavasitə təbliğatçısı və təşkilatçısıdır. Qurul­tay­da o da bildirildi ki, sağlam rəqabət mühiti partiya üzvlə­rin­də demokratik düşüncə tərzini möhkəm­lən­dirir, partiya idarəçiliyində çeviklik və qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlverişli şərait yaradır.

Deyildiyi kimi, yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüs­karlıq və innovativ inkişaf müa­sir dünyada peşəkar fəaliyyətin meyarıdır. Bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin mühafizəsi və geniş tətbiqinin dəstəklənməsidir.

Elmi müddəaların tətbiqi olmadan cəmiyyət inkişaf edə bilməz. Bu tezis siyasi atmosferə də aiddir. Siyasi partiya fəaliyyətini elmi müddəalar əsasında qurmasa uzunömürlü ola bilməz, cəmiy­yətin etimadını qazana bilməz. YAP birmənalı şəkildə cəmiyyətdə hakim partiyadır. Partiya­nın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaş­malara üstünlük verilməsi vacib prinsiplərdəndir.

Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi qurultay oldu. Nəinki Azərbaycanın, Cənubi Qafqazın da ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq və daha böyük uğurlaq qazanacaqdır.

DİGƏR Xəbərlər Arxiv