YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Vəliyev: Azərbaycanın milli inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunədir

«Azərbaycanın milli inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunədir». Bu fikri Milli Məclisin deputatı Əhməd Vəliyev deyib.

Ə.Vəliyev bildirib ki, Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Onun sözlərinə görə, ölkəmizin müstəqil, dinamik iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır.

«Heç bir qurumdan, dövlətdən asılı olmayan iqtisadi siyasətin yürüdülməsi inkişafın fundamental komponenti kimi çıxış edir. Bütün bunlar isə Azərbaycanın dünya arenasında mövqeyni gücləndirir, ölkəmizin nüfuzunu artıraraq əhəmiyyətli faktor qismində çıxış etməsinə əsas verir. Azərbaycan pozitiv imicə, reytinqə malikdir. Nəticə etibarilə deyə bilərik ki, müstəqil Azərbaycan dünyada özünün milli inkişaf modeli ilə müsbət nümunəyə çevrilib»- deyə, Ə.Vəliyev vurğulayıb.