YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: 2015-ci ilin birinci yarısı sosial sahədə də uğurlu olub

«2015-ci ilin birinci yarısı sosial sahədə də uğurlu olub». Bu fikri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə sosial sahə prioritet istiqamətdir. Onun sözlərinə görə, bu fakt dövlətimizin sosialyönümlü olduğunu göstərir.

«Bu ilin birinci yarısında iqtisadiyyatımız 5,7 faiz artıb. Bu, çox müsbət göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Eyni zamanda, qeyri-neft sektoru da 9,2 faiz artıb. Azərbaycanda inflyasiya da aşağı səviyyədədir. 3,5 faizlik göstərici müsbətdir. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artıb. Bütün bunlar təbii ki, uğurlu sosial iqtisadi siyasətin nəticələridir. Azərbaycanda həyaat keçirilən uğurlu siyasət nəticəsində, sosial sahədə inkişaf daha da artacaq»- deyə, komitə sədri vurğulayıb.