YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib və ölkəsinin qardaş Azərbaycanla həmrəy olduğunu bildirib.

Türkiyə xarici siyasət idarəsinin başçısı sosial şəbəkələrdə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri qanlı cinayətlə bağlı paylaşım edib.

Hakan Fidanın paylaşımında deyilir: “Bütün dünyanın gözləri önündə 32 il əvvəl Xocalıda qətlə yetirilən qardaşlarımın xatirəsini anıram. Qardaş Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq”.

Türkiyə XİN-in başçısı öz paylaşımında Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da əlavə edib.

DİGƏR Xəbərlər Arxiv