YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Qurbanov: Ölkəmizdə avtomobil və dəmir yollarının, beynəlxalq hava və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur

«Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınacaq yüklərin artımı 2020-ci ildə 300-400 min konteynerdən çox təşkil edəcək. 2024-cü ildə isə həmin göstərici daha da arta bilər». Bu fikirləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, bu da Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərə bilər. Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanı tranzit yüklərin keçəcəyi logistik bir mərkəz görmək istəyir.

«Bunun üçün də ölkəmizdə avtomobil və dəmir yollarının, beynəlxalq hava limanlarının və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunların hamısı gələcəyə hesablanan və gələcəkdə Azərbaycandan daha çox tranzit yüklərin keçməsi üçün atılan addımlardır»- deyə, C.Qurbanov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv