YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Tarif Şurasının qərarı vətəndaşların maraqlarına uyğundur

«Dərmanların qiymətlərinin tənzimlənməsi ilk növbədə bu sahədə möhtəkirliyin qarşısını alacaq, ölkənin hər yerində eyni dərman eyni qiymətə satılacaq. Ən əsası isə dərmanların qiyməti ucuzlaşacaq». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Tarif Şurasının bu yöndəki qərarı əhəmiyyətlidir. Onun sözlərinə görə, indiyə qədər qiymətlər bazar münasibətləri çərçivəsində tənzimlənirdi.

«Amma son illərin təcrübəsi göstərdi ki, bazar münasibətlərində süni surətdə qiymət artırılması halları baş verirdi, dərmanların satışında qeyri-qanuni yollardan istifadə olunurdu. Eyni zamanda, dərmanların bahalığı əhali üçün çətinliklər törədirdi. Ona görə də, bu məsələ hökumətin diqqətində idi. Cənab Prezidentin göstərişi ilə Tarif Şurasında bu məsələ ciddi müzakirə olunub. Qonşu ölkələrin təcrübəsi də öyrənilib. Geniş araşdırmaların nəticəsi olaraq Tarif Şurası belə bir qərar qəbul edib. Qərar vətəndaşların  maraqlarına uyğundur»- deyə, M.Quliyev vurğulayıb.