YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Əbülfəs Qarayev "EXPO Milan 2015" sərgisi çərçivəsində bir sıra görüşlər keçirib

İtaliyanın Milan şəhərində "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

Konfrans çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan ilə UNESCO arasında münasibətlərin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməkdaşlığın inkişafına verdiyi töhfələri və dəstəyinin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.

Konfrans çərçivəsində , həmçinin Ə.Qarayev bir sıra ölkələrin mədəniyyət nazirləri ilə də görüşlər keçirib. Bolqarıstan, Rusiya, Qatar, Bəhreyn, Oman, Türkmənistan, Albaniya və Belarusun mədəniyyət nazirləri ilə də keçirilən görüşlərdə mədəniyyətin müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin görüşlər zamanı Əbülfəs Qarayev 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verərək həmkarlarını tədbirə dəvət edib.