YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR keçən ay 70 min tona yaxın dizel yanacağı ixrac edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) marketinq və iqtisadi əməliyyatlar idarəsi iyulda 68 min 450 ton dizel yanacağı, 27 min 972 ton təyyarə yanacağı və 101 ton soba mazutu ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, ümumilikdə yanvar-iyul ayları ərzində 560 min 305 ton dizel yanacağı, 131 min 482 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac olunub. İyulda dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 643,33 dollar, təyyarə yanacağının qiyməti - 508,82 dollar, dizel yanacağının qiyməti - 494,77 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 291,64 dollar təşkil edib.