YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Altı ayda “Cənub” Elektrik Stansiyasında 2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

İyunda “Cənub” Elektrik Stansiyasında (ES) 220,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu ilin birinci yarısında isə stansiyada 2 milyard 198,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, ötən dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr qazanılıb.

“Cənub” ES-də digər analoji stansiyalardan fərqli olaraq, üç yanacaq növündən - qaz, mazut və dizeldən istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilib. Bu stansiyanın Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.