YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələ VII Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Rusiya və İsrail musiqiçilərinin konserti olub

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-də Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, Rusiya və İsrail musiqiçilərinin konserti olub.

Kamera zalında Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli (piano), tanınmış musiqiçilər Nərgiz Kəngərli (piano), Elvin Nəcəfov (viola), rusiyalı Yevgeniya Antonova (piano), Anastasiya Zivotovskaya (piano), Ülviyyə Hacıbəyova (piano) və israilli Janna Qandelmanın (violin) iştirakı ilə keçən konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertdə Ü.Hacıbəylinin, Niyazinin, Q.Qarayevin, A.Məlikovun, F.Bədəlbəylinin, P.Hindemitin, E.Qrieqin, M.Ravelin və digər bəstəkarların klassik əsərləri musiqisevərlərin zövqünü oxşayıb.