YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Məşğulluq Xidməti 14 minədək vətəndaşı işlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin birinci yarısında 13676 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, hesabat dövründə DMX-nin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları tərəfindən əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə qəbul edilmiş sifarişlər əsasında 1879 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. Bu dövrdə ümumilikdə 1800 nəfərədək işsiz və işaxtaran vətəndaş kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadçı, aşbaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə təhsil kurslarına, həmçinin 675 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Eyni zamanda, gənclərin düzgün peşə seçiminə kömək məqsədilə 56811 nəfərə peşəyönümü məsləhətləri verilib.