Xəbərlər
Prezident İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 25-də İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə bu tədbirlərin noyabrın 23–dən 27-dək Bakı şəhərində keçirilməsinin təmin edilməsi tapşırılıb.