YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan Ordusunun keçirdiyi son hərbi təlimlər artıq işğalçı ölkəyə öz təsiri göstərməkdədir

«Həmsədr dövlətlər  onun fərqindədir ki, münaqişənin həlli ilə bağlı ciddi addım atılmasa, proseslər tamamilə fərqli müstəvidə inkişaf edə bilər. Heç kim təminat verə bilməz ki, münaqişə müharibəyə çevrilməsin». Bu fikirləri Yeni Azərbaycan Partiyasının  Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, məhz bu səbəbdən çıxış edərək ATƏT-in Minsk qrupu həmsədrlərinin Vaşinqtonda çox mühüm danışıqları oldu. Bunun ardınca ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceym Uorlik Moskvada oldu və Rusiyanın “Vedmosti” mətbuat orqanına da çox maraqlı müsahibə verdi. Daha sonra həmsədrlərin regiona səfəri reallaşdırıldı. Onun sözlərinə görə, bütün bunlar bir daha təsdiq edir ki, təkdə Rusiya deyil, eləcə də bütün həmsədrlər artıq danışıqların intensivləşməsində maraqlıdırlar”.

«Amerikalı həmsədrin rəsmi İrəvanda olarkən səsləndirdiyi dörd prinsip indi daha çox diqqəti cəlb edir. Əvvəllər də bu prinsiplər səslənib. İlk növbədə, Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunmasıdır. İkincisi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasıdır. Üçüncüsü, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsidir. Dördüncüsü isə Qarabağın statusu ilə bağlı məsələni həllinin tapmasıdır. Heç şübhəsiz ki, birinci bənd yəni, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun geri qaytarılması çox mühüm məsələdir. Hesab edirəm ki, Ermənistana olan təzyiqlər və Azərbaycan ordusunun keçirdiyi son hərbi təlimlər artıq işğalçı ölkəyə öz təsiri göstərməkdədir. Təsadüfi deyil ki, Ermənistanın müdafiə nazirinin müavini belə bir mövqe bildirdi ki, onlar Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovu geri qaytarmağa hazırlaşırlar»- deyə, politoloq qeyd edib.