YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus Prezidenti Azərbaycanın Baş nazirinə “Xalqlar dostluğu” ordenini təqdim edib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iyulun 23-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadəyə “Xalqlar dostluğu” ordenini təqdim edib.

Artur Rasizadə bu yüksək mükafata Belarus ilə Azərbaycan arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına və möhkəmlənməsinə şəxsi töhfəsinə görə layiq görülüb.

Prezident Aleksandr Lukaşenko görüşdə Azərbaycan rəhbərliyi ilə səmimi dostluq münasibətlərinin olduğunu vurğulayaraq deyib: “Çox az sayda dövlətlərin rəhbərləri ilə belə münasibətlərim var”. Prezident bildirib ki, qarşılıqlı anlaşmasının əldə edilməsinə Baş nazir Artur Rasizadənin sanballı töhfəsi olub.

Baş nazir Artur Rasizadə onun əməyinə verilən bu yüksək qiymətə görə Belarus Prezidentinə minnətdarlığını bildirib. A.Rasizadə bu mükafatı hərtərəfli münasibətlərimizin inkişafına töhfə vermiş və verməkdə olan hər kəsə aid etdiyini vurğulayıb.

Baş nazir qeyd edib ki, ölkələrimiz arasında təşəkkül tapmış münasibətləri Azərbaycanda yüksək dəyərləndirirlər. A.Rasizadə deyib: “Azərbaycan xalqı Belarusa həmişə böyük məhəbbət hissi ilə yanaşıb və yanaşır. Biz hər cür səy göstərəcəyik ki, yaradılmış bu baza, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətləri inkişaf etsin”.

Görüşdə Azərbaycanda Belarus texnikasının istehsalı üzrə yeni müştərək müəssisələrin, bu texnikaya xidmət mərkəzlərinin yaradılması imkanları və ikitərəfli əməkdaşlığın digər perspektivli istiqamətləri müzakirə edilib.