YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik iyulun 23-də ABŞ-ın Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirib.

Ceyms Uorlik həmsədrlərin Ermənistanda və Azərbaycanda keçirdikləri görüşlər haqqında məlumat verib. Görüşlərdə atəşkəsin vacib olduğunun vurğulandığını deyən həmsədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməsinin zəruriliyini bildirib.

Müzakirələr zamanı azərbaycanlı girovlar məsələsinə də toxunulduğunu diqqətə çatdıran C.Uorlik həm ABŞ hökumətinin, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını bildirib.