YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada “Geoloji kəşfiyyat 2015” mövzusunda II beynəlxalq konfrans və sərgi keçiriləcək

Noyabrın 11-də Moskvada “Geoloji kəşfiyyat 2015” mövzusunda II beynəlxalq konfrans və sərgi keçiriləcək.

“Rosgeologiya” şirkəti Rusiya Federasiyasının Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin dəstəyi və iştirakı ilə konfransın informasiya tərəfdaşı və tədbirin təşkilatçılarından biri kimi çıxış edir.

“Geoloji kəşfiyyat 2015” müvafiq sahədə biznes ilə hakimiyyətin ünsiyyəti, əsas qərarların hazırlanması meydançasıdır.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Xloponinin sözlərinə görə, bu, əslində Rusiyada yeganə ixtisaslaşdırılmış forumdur ki, belə məsələlər ekspertlərin, dövlət idarələri, hasilat və servis şirkətləri nümayəndələrinin geniş dairəsi tərəfindən yüksək peşəkar səviyyədə müzakirə olunur.

“Geoloji kəşfiyyat 2015” konfransında təqribən 250 nəfərin iştirakı gözlənilir. Bunlar hasilat şirkətlərinin rəhbərləri, kəşfiyyat üzrə baş direktorlar və vitse-prezidentlər, baş geoloqlar və geofiziklər, habelə satınalmalar üzrə direktorlardır.

Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Sergey Donskoy, “Rosgeologiya” şirkətinin baş direktoru, Rusiya innovasiya yanacaq-enerji şirkətinin baş direktorunun geoloji kəşfiyyat üzrə müavini Sergey Deliya, Xantı-Mansiysk neft-qaz ittifaqının baş direktoru Kirill Strijnyov, “Petroleum GeoServices” şirkətinin Rusiya nümayəndəliyinin rəhbəri Yuri Ampilov və başqaları konfransda məruzə edəcəklər.

Konfransın proqramında geoloji kəşfiyyat sahəsində vəziyyətin və perspektivlərin qiymətləndirilməsi, “Rusiya və MDB”, “Quruda yeni yataqlar. Arktika” layihələri, “Avrasiya” beynəlxalq layihəsi - Xəzəryanı çökəklikdə geoloji-kəşfiyyat işləri, inqilabi texnologiyalar və İnnovasiyalar” və digər məsələlər nəzərdən keçiriləcək.

Təşkilatçıların sözlərinə görə, “Geoloji kəşfiyyat 2015” II beynəlxalq konfrans və sərgisində Rusiyanın və MDB ölkələrinin geoloji kəşfiyyat işləri sahəsində strateji qərarlar qəbul edən bütün əsas hasilat şirkətlərinin rəhbərləri iştirak edəcəklər.