YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Milli mətbuatımız dövlətimizə, millətimizə, azad fikrə xidmət edir

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul etməsi və görüşdə dövlətimizin və millətimizin taleyi ilə bağlı strateji əhəmiyyət daşıyan nitq söyləməsi əhəmiyyətli idi».  Bu fikri Milli Məclisin deputatı  Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, görüş bir daha göstərdi ki, dövlətimiz mətbuata xüsusi qayğı göstərir. Onun sözlərinə görə, Azərbaycanda mətbuat tam azaddır, sərbəstdir və jurnalistlər istədiklərini yaza bilərlər.

«Ölkəmizdə mətbuat üzərində senzura 1998-ci ildən bəri yoxdur. Hazırda çoxlu kütləvi informasiya vasitələri var. Bu gün kim nəyi necə istəyir, elə də yazır. Cənab Prezidentin Sərəncamı ilə mətbuat işçilərinə dövlət mükafatlarının, fəxri adlarının verilməsi jurnalistlərimizə stimul verəcək. Arzu edirəm ki, jurnalistlərimizin bütün yazıları dövlətimizin güclü olmasına, millətimizin birliyinə və tərəqqisinə xidmət etsin. Bu gözəl bir bayramdır. Mən çox sevinirəm ki, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi”dən başlayan ənənə davam edir. Milli mətbuatımız artıq formalaşıb və dövlətimizə, millətimizə azad fikrə xidmət edir»- deyə, deputat qeyd edib.