YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Chatham House”un B.Saakyanı Londona dəvət etməsi ilə bağlı məsələ Britaniya parlamentinin müzakirəsinə çıxarıla bilər

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi, Mühafizəkarlar Partiyasının üzvü Bob Bləkmən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyanın “Chatham House” – Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Londona dəvət edilməsi və bu məsələyə dair institutun rəsmi izahatla çıxış etməsi ilə əlaqədar Britaniya parlamentində rəsmi müzakirələrin keçirilməsi üçün EDM (Early Day Motion) təklifi ilə çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən bildirilib ki, sənəd parlamentin Leyborist Partiyasından olan üzvləri Roger Qodsiff və Alan Meal tərəfindən dəstəklənərək imzalanmaq üçün deputatlara təqdim olunub.

Sənəddə deyilir: “Parlamentin İcmalar Palatası özünü tanınmamış “Dağlıq Qarabağ respublikası”nın prezidenti elan etmiş şəxsin “Chatham House”da çıxış etməsi üçün Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu tərəfindən dəvət edilməsindən narahatlığını bildirir və Kral Beynəlxalq Münasibətlər İnstitutunu rəsmi şəkildə üzr istəməyə çağırır”.

 

DİGƏR Xəbərlər Arxiv