YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Pyotr Poroşenkoya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Pyotr Poroşenkoya təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ukraynada keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan ilə Ukrayna arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram.”