Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadava təbrik ünvanladı
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/66ccb20dafd594d9b56d7503fbcfab3e.jpg&w=360)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadava bu ölkənin milli bayramı – Respublika günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan ilə Nepal arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.”