YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupunun 7-ci iclası keçirilib.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Şərq-Qərb dəhlizi istiqamətində Şuraya üzv dövlətlər arasında multimodal daşımaların sürətləndirilməsi yolları, onların ərazilərində həyata keçirilən prioritet nəqliyyat layihələri və nəqliyyat sahəsində səmərəli əməkdaşlığa nail olmaq üçün perspektiv planlarla bağlı məsələlər müzakirə edilib.

İclas zamanı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikası arasında beynəlxalq kombinəedilmiş yük daşımaları haqqında Hökumətlərarası Saziş” layihəsinin ilkin mətninin razılaşdırılması, təşkilata üzv ölkələrin daşıyıcılarının qarşılaşdığı problemlərin müzakirəsi, Nəqliyyat Nazirlərinin üçüncü və Şura çərçivəsində imzalanmış Anlaşma Memorandumuna əsasən təsis edilən Qardaşlaşmış Limanların ikinci iclasının yerinin və tarixinin müəyyənləşdirilməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası – Avrasiya Nəqliyyat Bağlantıları üzrə Ekspertlər Qrupu ilə İşçi Qrupunun birgə iclasının keçirilməsi perspektivləri üzrə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.