YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Bu gün Azərbaycanda güclü media formalaşıb

İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Milli Mətbuatın 140 illik yubileyinə həsr olunan “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda konfrans işə başlayıb.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi yeniliklərin, elmin inkişafı istiqamətində aparılan islahatlarla bağlı məlumatların geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin rolundan, ölkədə mətbuat işçiləri üçün yaradılan şəraitdən danışıb. “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı istiqamətində görülən işlərdən söz açan akademik milli mətbuatımızın intibah dövrünün Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlandığını vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycanda güclü media formalaşıb. Milli mətbuatımizin 140 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın mətbuatın inkışafında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Akademik A.Əlizadə AMEA ilə media qurumları arasında əlaqələrin əhəmiyyətini qeyd edib, bu əlaqələrin daha güclənməsi istiqamətində fəaliyyətin genişləndiriləcəyinə əminliyini bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən bəy Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçdiyini söyləyib. O, ölkəmizdə mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanlar yaradıldığını bildirib. Ə.Amaşov ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, jurnalistləri bayram münasibətilə təbrik edib.

Sonda bəzi media qurumları AMEA-nın diplomları ilə mükafatlandırılıblar.

 

DİGƏR Xəbərlər Arxiv