YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Azərbaycanın uğurlarının əsasını Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün daxili və xarici siyasət təşkil edir

«Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışı bir çox vacib məqamları ilə diqqəti cəlb edir. Dövlət başçısının çıxışı xalqımızın milli maraqlarına tam cavab verir və dünya ilə bərabərhüquqlu münasibətlər kursunu bir daha təsdiq edir». Bu fikirləri YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Azərbaycanın uğurlarının əsasını Prezident İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasət təşkil edir. Onun sözlərinə görə, Azərbaycan dünyaya öz maraqlarını bir daha qətiyyətlə müdafiə edəcəyini bəyan edib.

 «Bir sıra xarici dövlətlərin ölkəmizin daxili işlərinə müdaxilə etmək cəhdləri rədd edildi. AŞPA və Avropa Parlamentinin antiazərbaycan kampaniyasına qoşulmaq siyasətinə cəmiyyətimizin etirazı ortaya qoyuldu. Görünür, qərəzli münasibətlərinə görə Azərbaycan bu təşkilatlara əlaqələrinə yenidən baxmalıdır. Bir sözlə, cənab Prezidentin çıxışı Azərbaycan xalqının mövqeyidir və cəmiyyət Prezidentimizin siyasi kursunu qətiyyətlə dəstəkləyir»- deyə, A.Mirzəzadə vurğulayıb.