YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kərəm Həsənov: Komitənin şəhər və rayonlar üzrə dövlət müfəttişləri bütün respublika üzrə torpaq qanunvericiliyinə riayət olunmasına nəzarət edəcəklər

«Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə uğurlu sosial-iqtisadi islahatlar həyata keçirilir. Dövlət başçısı tərəfindən dövlət qurumlarının qarşısında şəffaflıq və idarəçilikdə modern üsulların tətbiqi, sosial məmnunluğun təmin edilməsi kimi mühüm vəzifələr qoyulub». Bu fikirləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.

K.Həsənov bildirib ki, dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq, komitə 2015-ci ilin birinci yarımilliyində fəaliyyət sahələri üzrə bir sıra tədbirlər həyata keçirib. Onun sözlərinə görə, bu tədbirlərin icrası zamanı qanunçuluq və insan hüquqlarının təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi prioritet təşkil edib.

«Ölkə başçısı tərəfindən mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə 04 may 2015-ci il tarixli müvafiq Fərman imzalanıb. Bu Fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsi təsdiq edilib. Daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar komitəyə həvalə edilib. Bu vəzifələrə dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili aiddir. Digər vəzifələrə torpaqların dövlət mühafizəsi və qorunması, torpaqların təyinatı üzrə istifadəsinə dövlət nəzarəti daxildir. Eyni zamanda, torpaq bazarının təşkili, bütün kateqoriyalı torpaqların elektron uçotu və torpaq məlumat bankının yaradılması, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi kimi vəzifələr də müəyyən edilib. Torpaq idarəçiliyinin təkmilləşdirilməsi və mülkiyyət növləri üzrə sərhədlərin dəqiqləşdirilməsi nəzərdə tutulub. Dövlət və bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin təşkili də komitəyə həvalə edilib. Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib. Komitənin şəhər və rayonlar üzrə dövlət müfəttişləri bütün respublika üzrə torpaq qanunvericiliyinə riayət olunmasına nəzarət edəcəklər. Yeni Əsasnamə ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilməyə başlanıb. Torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətin koordinasiyası məqsədilə Regional İşgüzar Forumlara start verilib»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv