YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Supsa neft boru kəməri fəaliyyətini əvvəlcədən nəzərdə tutulmuş rejimdə davam etdirir

“bp-Georgia” şirkəti hazırda Bakı-Supsa neft boru kəmərinin Gürcüstanın işğal olunmuş Qori rayonunun Tsitelubani, Xurvaleti və Axalqorski rayonunun Orçasani kəndləri ərazisindən keçən hissəsinin dəyişdirilməsi və təhlükəsiz əraziyə köçürülməsi layihəsi üzərində işləyir.

Bu məlumatı “bp-Georgia” şirkəti yayıb. Məlumatda bildirilir ki, hazırda Bakı-Supsa neft boru kəməri əvvəlcədən nəzərdə tutulmuş plan əsasında fəaliyyətini davam etdirir. Bununla yanaşı, kəmərin həmin hissəsinin daha təhlükəsiz ərazidən çəkilməsi layihəsi üzərində iş gedir.

Şirkət onu da bildirir ki, boru xəttinin bu hissəsinin dəyişdirilməsi təkcə ərazinin işğal altında olması ilə bağlı deyil. Neftin nəqlində həmin ərazidən keçən köhnə borulardan istifadə olunurdu və onlar artıq istismar müddətini başa vurub.

Bununla belə, şirkət yeni sahənin tikintisinə nə vaxt başlanılacağını açıqlamayıb. Bildirilib ki, hazırda layihə ilə bağlı tərəfdaşlarla məsləhətləşmələr aparılır.